Yaponiyada ABŞ istehsalı dərmanı qəbul edən 20 nəfər öldü

Yaponiyada ABŞ istehsalı dərmanı qəbul edən 20 nəfər öldü
17.05.2026 03:00 Dünya

Yaponiyanın "Kissei Pharmaceutical" əczaçılıq şirkəti daxili bazarda satdığı vaskulit dərmanı olan "Tavneos"u qəbul edən xəstələr arasında 20 ölüm hadisəsinin qeydə alındığını bildirib.

Bu barədə TodayPress TV TASS-a istinadən məlumat verir.

Eyni zamanda şirkət vurğulayıb ki, qaraciyərin ağır zədələnməsi hallarının müəyyən edilməsi səbəbindən digər xəstələrə bu dərmanın təyin edilməsindən çəkinilsin. Həmçinin qeyd edilib ki, şirkət mövcud vəziyyətlə bağlı Yaponiya Səhiyyə Nazirliyi ilə məsləhətləşmələr aparır.

"Kissei Pharmaceutical"ın məlumatına görə, 2022-ci ildə satışa çıxarılandan bəri Yaponiyada təxminən 8500 xəstə təyinatı üzrə dərmanı əldə edib. Artıq müalicə alan xəstələrə qaraciyər zədələnməsi risklərini tam şəkildə aydınlaşdırmaları və alternativ terapiya prosesini nəzərdən keçirmələri tövsiyə olunur. Eyni zamanda qaraciyər zədələnməsi əvvəlcədən ciddi yan təsirlər siyahısına daxil edilib.

Bildirilib ki, sözügedən dərman "Amgen"in törəmə şirkəti olan ABŞ-nin "ChemoCentryx" şirkəti tərəfindən hazırlanıb. 27 apreldə ABŞ Qida Məhsullarının Keyfiyyəti və Dərmanlara Sanitar Nəzarət İdarəsi (FDA) bəyan edib ki, qeydiyyat dosyesində aşkar edilmiş qeyri-dəqiq məlumatlar və onun effektivliyi ilə bağlı narahatlıqlar səbəbindən dərmanın Birləşmiş Ştatlarda qeydiyyatını ləğv etmək niyyətindədir.

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 All News