Xəzər boğulan İranı necə xilas edir - Şifrələr açılır
İran Xəzər dənizi üzərindən tədarük marşrutlarını yenidən istiqamətləndirib.
TodayPress TV xəbər verir ki, İran Kənd Təsərrüfatı Nazirinin müavini Məhəmməd Rza Talai ölkəsinin ABŞ-ın dəniz blokadasının təsirlərini azaltmaq üçün tədarük marşrutlarını Rusiya və Xəzər dənizi üzərindən yenidən təşkil etdiyini açıqlayıb.
O, IRNA agentliyinə müsahibəsində bildirib ki, Hind okeanı istiqamətindən imtina edilərək Rusiya və Xəzər dənizi marşrutuna keçid tam iqtisadi blokada təhlükəsinin qarşısını almağa imkan verib. Talainin sözlərinə görə, hazırda İrana idxal olunan yüklərin 30 faizdən çoxu ölkənin şimal limanları vasitəsilə daşınır və bu marşrut əsasən ərzaq təhlükəsizliyi üçün vacib olan kənd təsərrüfatı məhsullarının tədarükündə istifadə olunur.
Nazir müavini əlavə edib ki, ABŞ-ın tətbiq etdiyi blokada ölkənin daxili bazarında məhsul qıtlığına səbəb olmayıb. Qeyd edək ki, ABŞ iyulun 14-də İrana qarşı dəniz blokadasını yenidən tətbiq edib.