Vens: "Benzin qiymətlərinin artması müvəqqətidir"
“İranın qisas tədbirləri fonunda benzin qiymətlərinin artması səbəbindən Amerika istehlakçıları çətin bir dövrlə qarşılaşıb, lakin bu müvəqqətidir”.
TodayPress TV xəbər verir ki, bu fikirləri ABŞ Vitse-prezidenti Ceyms Di Vens Miçiqanda keçirilən tədbirdə benzin qiymətlərinin artması ilə bağlı şərhində deyib.
“Benzin qiymətləri artıb. İnsanlar buna görə çətinlik çəkirlər və benzin qiymətlərini aşağı saxlamaq üçün əlimizdən gələni edirik. Bu, əbədi davam etməyəcək. Benzin qiymətlərinin reallığa qayıdacağını görəcəksiniz”, - deyə Vens bildirib.
O, ABŞ administrasiyasının müxtəlif həll variantları üzərində işlədiyini və növbəti 24-48 saat ərzində yeni açıqlamaların veriləcəyini qeyd edib.
Aysel Mətləb