Ukrayna XİN başçısı: "Zelenski və Putinin görüşü hazırlanır"

Ukrayna XİN başçısı: "Zelenski və Putinin görüşü hazırlanır"
24.05.2025 03:09 Dünya

Ukrayna Xarici İşlər Nazirliyi Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin görüşü üzərində işləyir.

TodayPress TV "Report"a istinadən bildirir ki, bunu Ukrayna XİN başçısı Andriy Sibiha bildirib.

“Üzərində işlədiyimiz mövqe prezidentlər səviyyəsində görüşdür. Biz bu görüşün genişləndirilmiş formatda ola biləcəyini ehtimal edirik” o qeyd edib.

Nazir xatırladıb ki, tərəflər hərbi əsirlərin mübadiləsini həyata keçirməyə razılaşıblar və bu proses artıq başlayıb. İndi Ukrayna Rusiyanın gələcək qeyd-şərtsiz atəşkəs barədə öz baxışını təqdim etməsini gözləyir. Oxşar sənəd Kiyevdə də hazırlanır.

Diplomat həmçinin qeyd edib ki, Ukrayna tərəfi ABŞ Prezidenti Donald Trampın da görüşdə iştirak etməsini çox istərdi.

“Biz Prezident Trampın da buna qoşulmasını çox istərdik. Və biz həmişə israr edirik ki, mümkün gələcək danışıqlar masasında mütləq Avropa olmalıdır” Sibiha vurğulayıb.

Ukraynanın sülh danışıqları üçün məkan olaraq Vatikanı nəzərdən keçirib-keçirmədiyi sualına cavab olaraq, XİN başçısı bildirib ki, Ukrayna hələ də Rusiya ilə atəşkəs danışıqları üçün Vatikanda görüşün keçirilməsində maraqlıdır.

XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Bütün Xəbərlər