Ukrayna Rusiyanın neft obyektlərini vurdu, ölən var - VİDEO
Ukrayna Rusiyanın enerji infrastrukturuna növbəti dəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
TodayPress TV xəbər verir ki, hücumların Saratov vilayətində yerləşən neft emalı zavodu, eləcə də Tatarıstanın Nijnekamsk şəhərində fəaliyyət göstərən "Nijnekamskneftexim" neft-kimya kompleksini hədəf aldığı bildirilir.
Saratov vilayətinin qubernatoru Roman Busargin Ukraynanın dron hücumu nəticəsində bir nəfərin öldüyünü açıqlayıb.
Busarginın sözlərinə görə, hücum zamanı mülki infrastruktura ziyan dəyib. O, həmçinin xəsarət alanların olduğunu və onlara tibbi yardım göstərildiyini qeyd edib.
Rusiya Müdafiə Nazirliyi 8 iyul tarixində yaydığı məlumatda bildirib ki, 2026-cı ilin əvvəlindən indiyədək ölkə ərazisi üzərində 68 515 sabit qanadlı pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Nazirliyin məlumatına görə, ən çox vurulan dron sayı iyul ayında qeydə alınıb və bu göstərici 17 832 olub.
Türkan İsgəndərli