Ukrayna Rusiyanın logistika ürəyini vurdu - VİDEO

Ukrayna Rusiyanın logistika ürəyini vurdu - VİDEO
29.07.2026 08:30 Dünya

Rusiyanın Ryazan vilayətində yerləşən Wildberries logistika anbarının pilotsuz uçuş aparatlarının hücumu nəticəsində fəaliyyətini dayandırdığı bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə The Kyiv Independent nəşri yerli mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hücum zamanı Ryazan şəhərində yerləşən "Rosneft"ə məxsus Ryazan Neft Emalı Zavodunda da güclü yanğın başlayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə həm logistika mərkəzi, həm də neft emalı zavodu ərazisindən qalxan qalın tüstü müşahidə olunur.

Ryazan vilayətinin qubernatoru Pavel Malkov bölgəyə pilotsuz uçuş aparatları ilə kütləvi hücum edildiyini təsdiqləsə də, zərər görən obyektlərin adlarını açıqlamayıb. Hadisənin nəticələri, dağıntının miqyası və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat verilməyib.

Qeyd edək ki, son günlər Ukraynanın Rusiyanın hərbi-sənaye və logistika infrastrukturuna qarşı uzaqmənzilli PUA hücumlarını intensivləşdirdiyi bildirilir.

Jalə Rövşən 

NEWS FEED
29 JULY 2026
Fransızlar kralın deputatına atəş açdı 10:50 Buzovnada avtobusla yük avtomobili toqquşdu - GÖRÜNTÜLƏR 10:44 Qızıl ucuzlaşdı, gümüş bahalaşdı 10:39 Putin o qədər narahat oldu ki, Özbəkistan və Qazaxıstanla bağladığı müqaviləni dəyişdi 10:25 Universitetlərə ixtisas seçiminin başlayacağı tarix bilindi 10:20 Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər 10:09 Ruslar Ermənistana qaçmağa başladılar - Putinin müharibə qorxusu başına bəla oldu 10:07 U-17 mundialında həlledici gün: Güləşçilərimiz medal ovunda 09:55 Azərbaycan nefti 4 dollardan çox ucuzlaşdı 09:48 Dünya çempionunun transferi iflasın bir addımlığındadır 09:32 Embiid yeni mövsüm öncəsi azarkeşləri həyəcanlandırdı 09:22 Bu günün valyuta məzənnələri 09:21 “Dünya çempionatı satılmır!” – Baş nazirdən FIFA-ya sərt mesaj 09:17 Sükut bitdi! - SEPAH ABŞ bazasına raket yağdırdı 09:11 Gecə Yaxın Şərqdə nələr baş verdi? – Bazalar vuruldu -VİDEO 08:57 Almaniya mundial arzusu üçün hərəkətə keçdi 09:02 Diomand transferi baş tutmadı: səbəb fantastik qiymət oldu 08:43 Ukrayna Rusiyanın logistika ürəyini vurdu - VİDEO 08:30 Bakıda sıxlıq olan küçə və prospektlər - SİYAHI 08:35 Zidan təyinatı ilə bağlı bütün detallar üzə çıxdı 08:20 Milyonlarla insan risk altındadır - BMT-dən qorxudan proqnoz 01:42 Dünyanın ən ağıllı şəhərləri açıqlandı 01:38 Pekin riskə getmədi: Husilərdən xüsusi icazə aldı 01:33 Ölümcül virus yayılır: Çilidə fövqəladə sanitariya həyəcanı elan edildi 01:28 Keniyada tapılan 1,4 milyon illik ayaq izləri alimləri təəccübləndirdi 00:52 All News