Türkiyədə təriqət lideri saxlanıldı
Türkiyədə “Süleymancılar” kimi tanınan dini qruplaşmanın lideri Əlihan Kuriş həbs edilib.
TodayPress TV xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində avqustun 13-də 17 vilayətdə əməliyyat keçirilib.
Əməliyyat zamanı 38 şübhəli saxlanılıb. Onlardan 32-si, o cümlədən Əlihan Kuriş barəsində həbs qərarı verilib. Digər 6 şübhəli isə məhkəmə nəzarəti şərtilə sərbəst buraxılıb.
İstintaqın cinayət təşkilatı yaratmaq və idarə etmək, təşkilata üzv olmaq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq, dövlət qurumlarına qarşı dələduzluq və vergi qanunvericiliyinin pozulması ilə bağlı iddialar üzrə aparıldığı bildirilir.
Əməliyyat çərçivəsində 17 vilayətdə 123 ünvanda axtarış keçirildiyi qeyd olunur.
Kübra Musayeva