Tramp kabineti Kemp-Deviddə toplayır: Əsas müzakirə mövzusu İran olacaq

Tramp kabineti Kemp-Deviddə toplayır: Əsas müzakirə mövzusu İran olacaq
26.05.2026 20:30 Dünya

ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyəti müzakirə etmək üçün nazirlər kabinetinin iclasını Kemp-Devid iqamətgahında keçirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "AFP" Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, Trampın sələflərindən fərqli olaraq nadir hallarda ziyarət etdiyi Kemp-Devidin seçilməsi müzakirə olunacaq məsələlərin həssas xarakter daşıdığını göstərir.

“New York Post”un məlumatına görə, iclasın əsas mövzusu İran olacaq. Kabinet üzvlərinin Tehranla aparılan danışıqların hazırkı vəziyyətini, eləcə də diplomatik proses uğursuz olacağı təqdirdə hərbi əməliyyatların yenidən başlanması da daxil olmaqla mümkün addımları müzakirə edəcəyi gözlənilir.

Tramp ötən gün İranla razılaşmanın yaxın olduğunu bildirsə də, diplomatiyanın nəticə verməyəcəyi halda İrana zərbələrin yenidən başlaya biləcəyi barədə xəbərdarlıq edib. Gündəlikdə iqtisadi məsələlərin də yer alacağı qeyd olunub.

Qeyd edək ki, Kemp-Devid daha əvvəl də ABŞ-nin mühüm diplomatik danışıqlarına ev sahibliyi edib. Burada 1978-ci ildə İsrail və Misir arasında tarixi razılaşmalar imzalanıb. Trampın ikinci prezidentlik müddətində bu iqamətgaha hazırkı səfəri ikinci olacaq. İlk səfər 2025-ci ilin iyununda ABŞ-nin İranın nüvə proqramına zərbələr endirməsindən qısa müddət əvvəl baş tutmuşdu.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəbdə nə geyinmək olar? Müəllimlərin geyim standartı müəyyənləşdi 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 All News