Tramp BMT-nin qərargahının köçürülməsinə qarşı çıxdı

Tramp BMT-nin qərargahının köçürülməsinə qarşı çıxdı
02.02.2026 02:55 Dünya

ABŞ Prezidenti Donald Tramp BMT-nin qərargahının ABŞ-dən kənara köçürülməsini məqsədəuyğun saymadığını bildirib və təşkilatın böyük potensiala malik olduğunu vurğulayıb.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə "Politico" qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, BMT nə Nyu-Yorku, nə də ABŞ-ni tərk edəcək.

“Bunun uyğun olduğunu düşünmürəm. BMT-nin böyük potensialı var”, - Tramp deyib.

Daha əvvəl "The New York Times" BMT əməkdaşına istinadən yazmışdı ki, maliyyə çatışmazlığı səbəbindən təşkilat fəaliyyətinin miqyasını azaltmaq və ya hətta Nyu-Yorkdakı qərargahını bağlamaq məcburiyyətində qala bilər.

Tramp bildirib ki, gələcəkdə münaqişələrin qarşısının alınmasında BMT daha fəal rol oynaya bilər.

“Mən olmayanda, müharibələri dayandırmaq işi ilə BMT məşğul ola bilər. Onun inanılmaz potensialı var”, - deyə ABŞ prezidenti qeyd edib.

ABŞ lideri, həmçinin bəzi ölkələrin BMT-yə üzvlük haqlarını ödəməməsi problemini asanlıqla həll edə biləcəyinə əmin olduğunu söyləyib. Onun fikrincə, lazım gələrsə, NATO-da olduğu kimi, bütün ölkələri ödəniş etməyə məcbur edə bilər. Tramp ABŞ-nin BMT-yə olan mümkün borcları ilə bağlı isə konkret açıqlama verməyib.

NEWS FEED
31 JULY 2026
Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 All News