ŞOK PROQNOZ: Müharibə 104 min insanı işsiz qoyacaq...

ŞOK PROQNOZ: Müharibə 104 min insanı işsiz qoyacaq...
16.03.2026 15:22 Dünya

İqtisadçılar Yaxın Şərqdə baş verən münaqişə səbəbindən Böyük Britaniyada təxminən 104 min insanın işini itirmək riski ilə üzləşə biləcəyini bildiriblər.

TodayPress TV  xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, hərbi əməliyyatların nəticələri ölkədə işsizliyin artmasına səbəb ola bilər.

Hazırda işsizlik səviyyəsi artıq son beş ilin ən yüksək göstəricisinə — 5,2 faizə çatıb.

ING investisiya bankının iqtisadçısı Ceyms Smit  bildirib ki, enerji qiymətləri artmaqda davam edərsə, işəgötürənlər itkiləri kompensasiya etmək üçün işçi sayını azaltmağa məcbur qala bilərlər.

“İşsizlik səviyyəsi enerji qiymətlərinin nə qədər yüksək qalacağından asılıdır. Əgər fasilələr təxminən üç ay davam edərsə, hesab edirəm ki, işsizlik səviyyəsi 5,5 faizi keçəcək”, — deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 28-də Amerika Birləşmiş Ştatları və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. 

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
"Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 All News