Şimali Koreya nüvə statusunu “müqəddəs” elan etdi

Şimali Koreya nüvə statusunu “müqəddəs” elan etdi
15.09.2025 11:19 Dünya

Şimali Koreya qanunvericilikdə nüvə silahlı dövlət statusunu “müqəddəs” elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə BMT-dəki Şimali Koreya nümayəndəliyi Koreya Mərkəzi Xəbər Agentliyi vasitəsilə ABŞ-nin denuklearizasiya tələblərini qınayan məlumat yayıb.

“Son günlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyətinin iclasında ABŞ nüvə silahlarına sahib olmağımızı qeyri-qanuni elan etməklə və denuklearizasiya tələb etməklə ciddi siyasi təxribat törədib”, - deyə açıqlamada deyilib.

Bildirilib ki, Şimali Koreyanın nüvə silahlı dövlət statusu artıq ölkənin “ali və fundamental qanununda əbədi təsbit olunub” və bu, geri dönməzdir. Həmçinin ölkə artıq 30 ildən çoxdur ki, nüvə tənzimləyicisi ilə rəsmi münasibətlər saxlamır.

“AEBA-nın nə hüquqi səlahiyyəti, nə də nüvə silahına malik və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə tərəf olmayan dövlətin daxili işlərinə qarışmaq üçün əsasları var”, - deyə əlavə olunub.

Xatırladaq ki, Şimali Koreya 1994-cü ildə nüvə yoxlamaları ilə bağlı mübahisədən sonra agentlikdən çıxmışdı və Vaşinqtonu öz suverenliyinə müdaxilə etməkdə ittiham etmişdi.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 Bütün Xəbərlər