Rutte: NATO bir milyard insanın təhlükəsizliyi üçün hər şeyi edir

Rutte: NATO bir milyard insanın təhlükəsizliyi üçün hər şeyi edir
15.10.2025 22:05 Dünya

NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısı başa çatıb.

TodayPress TV Alyansın saytına istinadla xəbər verir ki, NATO-nun Haaqa Sammitindən sonra keçirilən ilk görüşdə çəkindirici siyasət, pilotsuz uçuş aparatlarına qarşı təşəbbüslər, müdafiə sərmayələri və Ukraynaya dəstək məsələləri müzakirə olunub.

Nazirlər NATO-nun çəkindirici və müdafiə potensialının gücləndirilməsi məsələsini, o cümlədən “Şərq Keşikçisi” (“Eastern Sentry”) proqramı çərçivəsində görüləcək tədbirləri müzakirə ediblər.

Baş katib Mark Rutte Alyansın hazırlıq vəziyyətindən danışıb: “NATO müdafiə xarakterli alyansdır. Bu müdafiə alyansı bir milyard insanın təhlükəsizliyi və ərazilərin qorunması üçün nə lazımdırsa edir”.

Müzakirələr zamanı müdafiə xərclərinin artırılması və yeni təhdidlərə uyğun innovativ yanaşmalar önə çəkilib. Son hadisələrdən çıxarılan nəticələr əsasında nazirlər NATO-nun pilotsuz uçuş aparatlarına qarşı imkanlarını genişləndirmək üçün əlavə tədbirlərin həyata keçirilməsi barədə razılığa gəliblər. Bu tədbirlər çərçivəsində “Şərq Keşikçisi” proqramı daxilində inteqrasiya olunmuş dron əleyhinə sistemlərin sınaqdan keçirilməsi, həmçinin Avropa İttifaqı və özəl sektorla sürətli innovasiya sahəsində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

İclasda üzv ölkələr Ukraynaya sarsılmaz dəstəklərini bir daha təsdiqləyiblər. Bu mövzu Ukraynanın müdafiə naziri Denis Şmıqal və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın iştirakı ilə keçirilən NATO–Ukrayna Şurasının iclasında və Ukrayna Müdafiə Əlaqə Qrupunun toplantısında müzakirə olunub.

Mark Rutte Rusiyanın qış mövsümündən əvvəl Ukraynanın mülki infrastrukturuna hücumlarını davam etdirdiyi bir vaxtda müttəfiqlərin yardımının əhəmiyyətini vurğulayaraq, bu dəstəyin fasiləsiz davam edəcəyini bildirib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bütün Xəbərlər