Rusiyanın Ukraynaya hücumu nəticəsində ölənlərin sayı artdı

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölənlərin sayı artdı
25.11.2025 10:57 Dünya

Noyabrın 25-nə keçən gecə Rusiya ordusu Kiyevə kütləvi hava hücumu həyata keçirib. Hücum nəticəsində ölənlərin sayı artıb.

TodayPress TV xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, Svyatoşinski rayonunda 6 nəfər hadisə yerində ölüb, ən azı 3 nəfər yaralanıb.

Rusiya ordusu hücum zamanı müxtəlif növ raketlər və pilotsuz uçuş aparatlarından istifadə edib. Darnitski, Svyatoşinski, Peçerski və Dneprovski rayonları zərbələrə məruz qalıb. Peçersk rayonunda 22 mərtəbəli yaşayış binasına raket düşüb və 4-7-ci mərtəbələr daha çox ziyan görüb.

Dneprovski rayonunda 9 mərtəbəli binaya zərbə nəticəsində yanğın baş verib. Darnitski rayonunda qeyri-yaşayış binası zədələnib, Svyatoşinski rayonunda isə dağıntılar altında insanların qala biləcəyi bildirilir.

Hücumdan sonra paytaxtın bir sıra bölgələrində elektrik və su təchizatında fasilələr yaranıb. Xidmət orqanları enerji və kommunal xətlərin bərpası üzərində çalışır.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 24 fevral 2022-ci ildə başlayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Bakıda təkər tullantıları yanır 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 All News