Rusiyanın iç səsi: Uduzuruq!

Rusiyanın iç səsi: Uduzuruq!
28.04.2026 22:25 Dünya

“Təəssüf ki, biz hərbi məğlubiyyətə doğru gedirik. Bu, faktdır”.

TodayPress TV xəbər verir ki, bunu Ukraynanın Donbas bölgəsindəki separatçıların liderlərindən biri, qondarma "Donetsk Xalq Respublikası"nın ilk müdafiə naziri İqor Girkin-Strelkov Avropa İttifaqının (Aİ) Ukraynaya 90 milyard avro kredit ayırmasını şərh edərkən bildirib.


O vurğulayıb ki, Ukraynanın bu vəsaiti birdəfəlik və ya hissə-hissə əldə edəcəyi artıq o qədər də vacib deyil. Əsas məsələ odur ki, ölkə bu vəsaiti alacaq.

“Biz Avropaya qaz tədarük etməyə davam edəcəyik, Avropa isə Ukraynaya mərmilər və dronlar verməyə davam edəcək, onlar da bizim ərazilərimizə uçub partlayacaq. Eyni zamanda, Avropa bizim qazı nisbətən Amerika qazından daha ucuz alacaq. Bu qənaət hesabına isə Ukrayna üçün daha çox dron və mərmi istehsal edə biləcək”.

İqor qeyd edib ki, Avropanın bəzi ölkələrinə, düşərgə daxilindəki fikir ayrılıqlarına yaxud Macarıstan və Slovakiya kimi ölkələrin Rusiyanın dostu olacağına, həqiqətən kömək edəcəyinə inanmaq üçün güclü, cəsarətli və qətiyyətli olmaq lazımdır.

“Əgər bizə hörmət etmirlərsə, heç olmasa bizdən qorxmalıdırlar. Amma artıq heç kim bizə hörmət etmir və bizdən qorxmur. Nə Estoniya, nə Fransa, nə də Çexiya bizdən qorxur. Çexiyanın Xarici İşlər Nazirliyi Ukrayna üçün silah və sursat istehsal edən zavodların ünvanlarının dərc olunması ilə bağlı izahat tələb etmək üçün bizim səfirimizi çağırıb. Yəni bizdən gözlənilir ki, Çexiyada istehsal olunan silahlarla edilən hücumları səssizcə qəbul edək və bu zavodlara qarşı cavab vermə ehtimalını belə dilə gətirməyək”, - deyə o izah edib.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 All News