Rusiyadan miqrantlarla bağlı yeni qərar

Rusiyadan miqrantlarla bağlı yeni qərar
14.07.2025 09:45 Dünya

Rusiya Dövlət Dumasında miqrantların ölkəyə giriş qaydalarının sərtləşdirilməsi ilə bağlı yeni qanun layihəsi təklif edilib. 

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranlarla İş üzrə Komitəsinin rəhbəri Yaroslav Nilov məlumat verib.

O bildirib ki, Rusiyaya işləməyə gələn əcnəbilər ölkəyə daxil olarkən bir sıra tibbi sənədlər təqdim etməlidirlər. Qanun layihəsinə əsasən, miqrantlardan etibarlı tibbi sığorta, HİV, hepatit B və C, sifilis və vərəmə yoluxmama haqqında arayış, bədəndə narkotik və psixotrop maddələrin olmadığını təsdiq edən test nəticələri tələb olunacaq.

Deputat qeyd edib ki, bu sənədlər olmadan əcnəbilərin Rusiya sərhədini keçməsinə icazə verilməyəcək.

Hazırda qanun layihəsi baxılmaq üçün Dövlət Dumasına təqdim edilib. Sənədin qəbul olunacağı halda, Rusiya miqrasiya siyasətində əhəmiyyətli dəyişikliklərin baş verəcəyi gözlənilir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUN 2026
Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Bütün Xəbərlər