Rusiya Türkiyəyə gedən gəmini vurdu – Ukrayna HDQ - dən iddia

Rusiya Türkiyəyə gedən gəmini vurdu – Ukrayna HDQ - dən iddia
29.05.2026 11:45 Dünya

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanı Türkiyəyə gedən yük gəmisinə hücum etməkdə ittiham edib.

TodayPress TV xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumata görə, gecə saatlarında pilotsuz uçuş aparatları ilə Odessa vilayətindəki limanlardan birindən Türkiyəyə yük aparan “ANT” quru yük gəmisinə zərbə endirilib.

Bildirilib ki, Vanuatu bayrağı altında üzən və Türkiyə şirkətinə məxsus olan gəminin üst hissəsinə zərbə dəyməsi nəticəsində yanğın baş verib.

Məlumata görə, yanğın qısa müddətdə lokallaşdırılıb. Hadisə nəticəsində ekipajın iki üzvü yaralanıb.

Ukrayna tərəfi qeyd edib ki, yaralılar Hərbi Dəniz Qüvvələrinin katerləri ilə təxliyə olunaraq tibb müəssisəsinə çatdırılıb.

Qeyd edək ki,  Rusiya tərəfi hadisə ilə bağlı hələlik şərh verməyib.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 All News