Rusiya səfirliyi “Rus Evi”nə edilən hücumu “təcavüz aktı” adlandırdı

Rusiya səfirliyi “Rus Evi”nə edilən hücumu “təcavüz aktı” adlandırdı
10.03.2026 17:24 Dünya

Rusiya səfirliyi Nəbatiyyədə yerləşən və mədəni-humanitar fəaliyyət göstərən Rusiya Mədəniyyət Evinə qarşı həyata keçirilən hücumu qınayıb.

TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bu barədə  diplomatik nümayəndəlikdən məlumat verilib.

“Müstəsna olaraq mədəni və humanitar sahədə fəaliyyət göstərən bir quruma qarşı hərbi təcavüz aktına heç bir haqq qazandırmaq mümkün deyil. Regionda hökm sürən qeyri-sabitlik kontekstində belə fəaliyyətləri davam etdirmək onsuz da olduqca çətindir",-səfirlik qeyd edib. 

Diplomatların sözlərinə görə, hücum nəticəsində heç kim xəsarət almayıb.

Qeyd edək ki, martın 8-də  İsrail raketi Livanın cənubundakı Nəbatiyyədə bir binanı dağıdıb. Binanın bir hissəsində “Rus Mədəniyyət Evi” yerləşirdi. Əlavə təhsil mərkəzi isə Beyrutdakı Rus Mədəniyyət Evi ilə əməkdaşlıq edir və dərsləri, o cümlədən Livanlı uşaqlar üçün təhsil imkanlarını təklif edirdi.

Martın 9-da isə  İsrail Müdafiə Qüvvələri Livanın cənubunda şiə "Hizbullah" hərəkatının infrastrukturuna qarşı quru əməliyyatına başlayıb. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlər nəticəsində təxminən 400 mülki sakin həlak olub. İsrail tərəfi isə iki əsgərinin öldüyünü bildirib.

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 All News