Rusiya ordusu Ukraynaya hava zərbələri endirib

Rusiya ordusu Ukraynaya hava zərbələri endirib
30.07.2026 08:34 Dünya

Rusiya Ukrayna ərazisinə kütləvi hücum edib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) öz "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, Kiyev, Krivoy Roq və Vinnitsa ballistik raket hücumuna məruz qalıb.

Şahidlərin sözlərinə görə, Kiyevdə yanğın baş verib, "Poçayna" metro stansiyasının girişi zədələnib. Şəhər meri Vitali Kliçko Svyatoşinski rayonunda və Obolonda qalıqların düşməsi, qeyri-yaşayış binalarının zədələnməsi barədə məlumat verib.

Kiyev Şəhər Hərbi Administrasiyası bir nəfərin həlak olduğunu açıqlayıb.

Ukrayna monitorinq resurslarının məlumatına görə, ölkənin hava məkanında həmçinin çoxsaylı pilotsuz uçuş aparatları (PUA) və "Kalibr" qanadlı raketlərinin buraxılışı qeydə alınıb. Ukrayna HHQ Rusiyanın strateji aviasiya təyyarələrinin havaya qalxması barədə məlumatı təsdiqləyib.

Xatırladaq ki, iyulun 29-u axşam saatlarında Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın kütləvi zərbəyə hazırlaşdığını bildirib.

Jalə Rövşən 

NEWS FEED
30 JULY 2026
Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 All News