Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq

Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq
01.06.2026 16:32 Dünya

Rusiya Komor adaları, Qambiya, Liberiya və Toqoda diplomatik nümayəndəliklər açmağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Saxaraaltı Afrika Departamentinin direktoru Anatoli Başkin məlumat verib.

Onun sözlərinə görə, Komor adalarında səfirliyin açılması ilə bağlı praktiki işlər davam edir, Qambiyada isə bütün zəruri qərarlar qəbul olunub və səfir təyin edilib.

Başkin bildirib ki, hazırda binaların seçilməsi, işçilərin işə qəbulu və digər təşkilati məsələlər üzərində iş aparılır. Toqoda da oxşar hazırlıq işləri görülür və səfirin yaxın iki ay ərzində fəaliyyətə başlaması gözlənilir.

Diplomat əlavə edib ki, Liberiyada səfirlik açılması məsələsi də nəzərdən keçirilir və Rusiyanın diplomatik nümayəndəlikləri yaxın vaxtlarda bu ölkələrdə fəaliyyətə başlaya bilər.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2025-ci ilin fevralında ölkəsinin növbəti iki il ərzində Qambiya, Liberiya, Komor adaları, Niger, Syerra-Leone, Toqo və Cənubi Sudanda səfirliklər açmağı planlaşdırdığını bildirmişdi.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 All News