Rusiya 20 azərbaycanlı miqrantı zorla Ukrayna ilə müharibəyə göndərir

Rusiya 20 azərbaycanlı miqrantı zorla Ukrayna ilə müharibəyə göndərir
05.01.2026 21:00 Dünya

Rusiyada çalışan miqrantların, o cümlədən Azərbaycan vətəndaşlarının zorla Ukrayna ilə davam edən müharibəyə göndərildiyi barədə yeni məlumatlar ortaya çıxıb.

TodayPress TV xəbər verir ki, son olaraq Azərbaycan vətəndaşı olan 20 nəfər Ukrayna ilə müharibəyə cəlb olunub.

Məlumatda bildirilir ki, 3-4 il əvvəl Rusiyaya tikinti sahəsində işləmək üçün gedən azərbaycanlılardan biri son illər müharibə zonasından kənarda, Donetsk ərazisində müxtəlif obyektlərin tikintisində çalışıb.

O, 13 dekabr 2025-ci ildə Azərbaycanda yaşayan qardaşına yazıb ki, tikintidə çalışan təxminən 250 nəfər işçi zorla avtobuslara mindirilib və Voronej vilayətində yerləşən 11097 saylı hərbi hissəyə - 362-ci alaya aparılıb.

Onların Ukraynaya - cəbhə xəttinə göndərilməsi planlaşdırılır.

Tikintidə ümumilikdə minə yaxın miqrant çalışıb. Onların arasında Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşları olub.

Azərbaycandan olan işçilərin sayı isə təxminən 20 nəfərdir.

Onların işlədiyi ərazi tam qapalı zona olub, ora giriş-çıxış sərbəst deyilmiş. Hətta işləməyə gedəndə belə 3-4 hərbi postdan keçirmişlər.

Məlumata görə, işçilər əvvəlcə yaşayış binaları və obyektlərin tikintisində çalışıb. Daha sonra isə onları qruplar halında naməlum istiqamətə aparıblar.

Birinci mərhələdə işçilərin yarısı, sonra qalanları aparılıb. Lakin hara apardıqlarını deməyiblər.

Sonradan dəqiqləşib ki, onları əvvəlcə Voronejə aparıblar, orada 1-2 gün saxladıqdan sonra isə hamısını Rostov vilayətində hərbi hissəyə köçürüblər. Müharibəyə getmək istəyib-istəmədikləri barədə heç kimdən heç nə soruşmayıblar. Onlar hərbi xidmətlə bağlı heç bir sənədə imza da atmayıblar.

Bununla belə, artıq onlara hərbi geyimlər paylanıb, hərbi hazırlıqlarına başlanılıb.

Hazırda həmin qrupda təxminən 20 azərbaycanlı var, onlar faktiki girov vəziyyətində Ukrayna ilə müharibəyə hazırlanırlar.

Məlumatda bildirilir ki, həmin azərbaycanlılara ailələri ilə çox nadir hallarda telefon əlaqəsi saxlamağa imkan verirlər.

O da vurğulanır ki, onların yaxınları məsələ ilə bağlı artıq Azərbaycanın Rusiyadakı səfirliyinə və digər aidiyyəti orqanlara müraciət edib.

Qeyd edək ki, Rusiyanın miqrantları müxtəlif yollarla Ukrayna müharibəsinə cəlb etməsi yeni məlumat deyil. Moskva müxtəlif şirnikləndirici vasitələr, aldadılma, hədə-qorxu və s. üsullarla miqrantları döyüş bölgəsinə göndərir.

Bəzi hallarda isə ayrı-ayrı ölkələrin vətəndaşları heç bir hərbi hazırlıq, təlim keçmədən ön cəbhəyə göndərilir. Rusiya-Ukrayna müharibəsində döyüşlərə cəlb olunmuş Azərbaycan vətəndaşlarının həlak olması, yaxud itkin düşməsi barədə məlumatlara tez-tez rast gəlinir. Rusiyanın iş dalınca, yaxud başqa məqsədlə bu ölkəyə üz tutmuş miqrantları Ukrayna ilə müharibəyə cəlb etməsi heç bir normaya sığmır. Miqrantların düşdüyü çətin vəziyyətindən istifadə edərək, onları birbaşa ölümə göndərməklə Rusiya insan haqlarına, miqrasiya qanunlarına heç bir əhəmiyyət vermədiyini bir daha ortaya qoyur.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Nəbatiyədə PUA dəhşəti: Avtomobillər hədəfə alındı 19:39 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 All News