Rusiyada bu ölkənin 103 vətəndaşına QADAĞA

Rusiyada bu ölkənin 103 vətəndaşına QADAĞA
17.06.2026 08:00 Dünya

Rusiya daha əvvəl Kanada tərəfindən tətbiq edilən sanksiyalara cavab olaraq nazirlər və parlament üzvləri də daxil olmaqla, bu ölkənin 103 vətəndaşının Rusiyaya girişini qadağan edir.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

"Mark Karni kabinetinin Rusiyaya qarşı sanksiyalarına cavab tədbiri olaraq fəaliyyətləri, ilk növbədə, Kanada parlamentində ölkəmizin konstitusiya quruluşunun və xarici siyasət kursunun qaralanmasına yönəlmiş, eləcə də suveren Rusiya dövlət aktivlərinin müsadirəsi tapşırığına tabe edilmiş 103 Kanada vətəndaşının Rusiya Federasiyasına girişi daimi əsasda qadağan edilir", - XİN-dən bildirilib.

Bu siyahıya xüsusilə Kanada Senatının 19 üzvü, eləcə də hamısı ölkənin Nazirlər Kabinetində vəzifə tutan İcmalar Palatasının 11 üzvü daxil edilib. Onların arasında energetika və təbii sərvətlər naziri Tim Hocson, məşğulluq və ailə məsələləri naziri Petti Haydu, Kanada milli müdafiə qərargahının rəisi Cenni Karinyan, Kanadanın Rusiya və Ukraynadakı sabiq səfiri Kris Uestdal, "United Nations Watch" qeyri-hökumət təşkilatının rəhbəri Noyer Hillel və digərləri var.

Bundan əlavə, 5 dövlət katibi, 5 parlament katibi, portfelsiz 60 deputat məhdudiyyətlərə məruz qalıb.

Qeyd edək ki, daha əvvəl Kanada 7 fiziki və 34 hüquqi şəxsi Rusiyaya qarşı sanksiyalar siyahısına daxil etmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi 10:22 Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Azərbaycanda ikinci dəfədir yaşanır 10:17 Köçəryanı son mənzilə köçürdürlər - Baş Prokurorluq həbs üçün icazə istədi 10:02 Valyuta bazarında hərəkətlilik: Avronun məzənnəsi yüksəldi 09:49 Qiymətli metalların yeni qiymətləri rəsmən açıqlandı 09:44 Qərb Kiyevə həm balıq, həm tilov verir - Kremli təşvişə salan bəyanat 09:31 Enerji bazarlarında son vəziyyət: Qaz neçəyə təklif edilir? 09:31 Qlobal enerji bazarlarında ucuzlaşma: Neft kotirovkaları aşağı düşdü 09:30 Baş nazirə "Bright Uzbekistan" layihəsi təqdim olunub 09:13 DÇ 2026: Norveç İraqı məğlub etdi 08:46 Qəzada ölən Məryəmin orqanları bağışlandı 08:42 "Qızımın ölümünə səbəbkar..." - Fərhad Mehdiyev qəzadan danışdı 08:30 Rusiyada bu ölkənin 103 vətəndaşına QADAĞA 23:27 Bəzi sürücülər kəmər taxmaya bilər 22:42 Vulkan püskürməsi Min sülaləsinin süqutuna səbəb olub - ARAŞDIRMA 22:22 Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr 22:17 İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu 22:14 Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Bütün Xəbərlər