Rubio Münhendə Zelenski ilə görüşə hazırlaşır

Rubio Münhendə Zelenski ilə görüşə hazırlaşır
13.02.2026 10:44 Dünya

ABŞ Dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə CNN yazıb.

Məlumata görə, Rubio Münhenə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında Zelenskinin də konfransda iştirak edəcəyini bildirib.

“Düşünürəm ki, o da orada olacaq və biz onu görmək imkanı əldə edəcəyik. Güman edirəm ki, bu görüş qrafikimdə var. Buna 100 faiz əmin deyiləm, amma hesab edirəm ki, baş tutacaq”, – deyə Rubio qeyd edib.

Dövlət katibi vurğulayıb ki, ABŞ hərbi əməliyyatların dayandırılmasını istəyir, çünki insanlar əziyyət çəkir. O əlavə edib ki, ABŞ bir ildən artıqdır münaqişəyə son qoymaq istiqamətində intensiv çalışır.

Məlumata görə, 13–15 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Rubio “dəyişən dünya” mövzusunda çıxış edəcək. Konfransdan sonra onun Slovakiya və Macarıstana səfər edərək bu ölkələrlə Rusiya enerji resurslarından imtina məsələsini müzakirə etməsi planlaşdırılır.

Ukrayna Prezidenti Volodimir Zelenski də daha əvvəl ölkəsinin Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəyini açıqlayıb.

Qiymət Mahir

NEWS FEED
31 JULY 2026
Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 All News