Qırğızıstanda 31 nəfər saxlanıldı - SƏBƏB

Qırğızıstanda 31 nəfər saxlanıldı - SƏBƏB
10.06.2026 00:15 Dünya

Qırğızıstanın xüsusi xidmət orqanları genişmiqyaslı antiterror əməliyyatı aparıb və terror aktlarının hazırlanmasında şübhəli bilinən 31 nəfər saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) məlumat yayıb.

Qurumun məlumatına görə, saxlanılanlar "Kətibə ət-Tövhid vəl-Cihad" və "İslam Dövləti" beynəlxalq terror təşkilatlarının ehtimal olunan üzvləridir. İddiaya görə, onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına və din xadimlərinə qarşı terror aktları planlaşdırıblar.

Xüsusi əməliyyat nəticəsində Oş vilayətində 11 nəfər və Batken vilayətində 20 nəfər saxlanılıb.

Oşda, Qara-Su rayonunda, Qızıl-Qiya şəhərində və Üç-Qurqan kəndində tədbirlərin keçirilməsi zamanı antiterror əməliyyatı rejimi tətbiq olunub. Operativ qərargahların işində DİN, Sərhəd Xidməti, Müdafiə Nazirliyi, FHN, Səhiyyə Nazirliyi və yerli hakimiyyət orqanlarının nümayəndələri iştirak ediblər.

Komitədən bildirilib ki, axtarışlar zamanı dini-ekstremist ədəbiyyat, materialları olan elektron daşıyıcılar, dörd ədəd qeydiyyatsız odlu silah, terror təşkilatlarının rəmzləri, həmçinin bu fəaliyyətin maliyyələşdirilməsi üçün nəzərdə tutulduğu ehtimal edilən pul vəsaitləri götürülüb.

Əməliyyata Qırğızıstan DMTK-nın rəhbəri Cumqalbek Şabdanbekov rəhbərlik edib. Hazırda istintaq orqanları işin bütün hallarını, saxlanılanların mümkün şəriklərini və maliyyələşdirmə kanallarını müəyyənləşdirməyə davam edir.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 All News