Putin: "Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür"

Putin: "Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür"
19.05.2025 21:20 Dünya

Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür.

TodayPress TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada döyüşlərin dayandırılmasının tərəfdarıdır, lakin sülhə doğru ən səmərəli yolları inkişaf etdirmək lazımdır.

Putin deyib ki, Rusiya Ukrayna ilə atəşkəs də daxil olmaqla memorandum üzərində işləməyə hazırdır:

"Rusiya və Ukrayna arasında memorandum atəşkəs və nizamlanma prinsiplərini ehtiva edə bilər. Rusiya və Ukrayna bütün tərəflərə uyğun kompromislər tapmalıdır".

Tərəflər razılaşıblar ki, Rusiya gələcək sülh müqaviləsi ilə bağlı Ukraynaya memorandum təklif edəcək və onunla işləməyə hazırdır.

"Memorandum nizamlanma prinsiplərini, sülh sazişlərinin mümkün bağlanma vaxtını, o cümlədən müvafiq razılaşmalar əldə edildikdən sonra mümkün atəşkəs rejimini müəyyən edəcək. İstanbulda danışıqların iştirakçıları arasında təmaslar bərpa olunub ki, bu da düzgün yolda olduğumuza inanmağa əsas verir. Rusiya və Ukrayna üçün kompromislər tapmaq vacibdir. Moskvanın mövqeyi aydındır. Onun üçün əsas məsələ böhranın əsas səbəblərini aradan qaldırmaqdır" Rusiya Prezidenti vurğulayıb.

Putin əlavə edib ki, Trampla telefon danışığı barədə ətraflı məlumatı Kremlin sözçüsü Dmitri Peskov və ya prezidentin köməkçisi Yuri Uşakov verəcək.

Kreml rəhbəri Moskva və Kiyev arasında birbaşa danışıqların bərpasına verdiyi dəstəyə görə Trampa təşəkkür edib.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Bütün Xəbərlər