Putin: “İrana qarşı təcavüz tamamilə əsassızdır”

Putin: “İrana qarşı təcavüz tamamilə əsassızdır”
23.06.2025 17:49 Dünya

İyunun 23-də Rusiya Prezidenti Vladimir Putin Kremlin sarayında İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Görüş zamanı Putin bölgədə gərginliyin artdığı mürəkkəb bir dövrdə İran nümayəndə heyətinin Rusiyaya səfərinin önəmini vurğulayıb:

“Hazırda regionda və birbaşa ölkənizin ətrafında gərginliyin ciddi şəkildə artdığı bir vaxtda səfər edirsiniz. Rusiyanın bu hadisələrlə bağlı mövqeyi açıq və birmənalıdır. Xarici İşlər Nazirliyimizin açıqlamalarında və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı çıxışlarımızda bu mövqe öz əksini tapıb”.

Putin İrana qarşı həyata keçirilmiş hərbi müdaxiləni qəti şəkildə pisləyib:

“İrana qarşı baş vermiş hərəkət tamamilə əsassız və səbəbsizdir. Bu addımı heç bir şəkildə əsaslandırmaq mümkün deyil. İranla Rusiya arasında uzunmüddətli, güclü və etibarlı münasibətlər mövcuddur. Biz İran xalqını dəstəkləməkdə və onları müdafiə etməkdə qərarlıyıq”.

Töhfə Səməd

XƏBƏR LENTİ
30 IYUL 2026
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Bütün Xəbərlər