Putin İran-ABŞ gərginliyi ilə bağlı danışdı: Xameneidən aldığı mesajı açıqladı

Putin İran-ABŞ gərginliyi ilə bağlı danışdı: Xameneidən aldığı mesajı açıqladı
27.04.2026 20:41 Dünya

Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüş keçirib.

TodayPress TV xəbər verir ki, görüş Sankt-Peterburq şəhərində yerləşən Boris Yeltsin Prezident Kitabxanası binasında baş tutub.

Görüşdə Rusiya tərəfindən Prezidentin xarici siyasət üzrə müşaviri Yuriy Uşakov, xarici işlər naziri Sergey Lavrov və Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin rəhbəri İgor Kostyukov iştirak edib. İran tərəfdən isə nazir Əraqçı ilə yanaşı, xarici işlər nazirinin müavini Kazım Qaribabadi və İranın Moskvadakı səfiri Kazım Cəlali görüşə qatılıb.

Görüşün əvvəlində çıxış edən Putin bildirib ki, İran xalqı ABŞ və İsrailin hücumlarına qarşı öz müstəqilliyi və suverenliyi uğrunda “cəsarətlə və qəhrəmancasına mübarizə aparır”.

Putin həmçinin İran lideri Müctəba Xamenei tərəfindən ona göndərilən mesajı aldığını açıqlayıb və buna görə təşəkkürünü ifadə edib.

Rusiya lideri qeyd edib ki, Moskva Tehranla strateji münasibətləri davam etdirmək niyyətindədir. O əlavə edib ki, İran xalqının yeni liderin rəhbərliyi altında bu çətin dövrü geridə qoyacağına və bölgədə sülhün bərqərar olacağına ümid edir.

Putin vurğulayıb ki, Rusiya İran və region ölkələrinin maraqları naminə Yaxın Şərqdə sülhün ən qısa zamanda təmin olunması üçün səylərini davam etdirəcək.

O, eyni zamanda İran liderinə sağlamlıq arzularını çatdırıb.

Kənan Yusif

TodayPress TV

NEWS FEED
31 JULY 2026
150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 All News