Putin Arktikaya işarə etdi: Rusiya iqtisadi gücünün yeni geosiyasi cəbhəsi

Putin Arktikaya işarə etdi: Rusiya iqtisadi gücünün yeni geosiyasi cəbhəsi
23.04.2026 19:00 Dünya

Rusiya Prezidenti Vladimir Putin Arktika regionunun ölkənin iqtisadi inkişafı və suverenliyinin təmin edilməsi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.

TodayPress TV  xəbər verir ki, o,  bu barədə hökumət üzvləri ilə Arktika zonası və Transarktik Nəqliyyat Dəhlizinin inkişafına həsr olunmuş müşavirədə çıxışı zamanı danışıb.  

“Bu bölgənin ölkəmiz, daxili iqtisadiyyat, sənaye potensialının artırılması, milli təhlükəsizliyin təmin edilməsi və suverenliyimizin qorunması üçün xüsusi strateji əhəmiyyətini dəfələrlə qeyd etmişəm”, – deyə Rusiya lideri bildirib.

Putin həmçinin Arktikanın qlobal iqtisadiyyat və geosiyasətdə artan rolunu qeyd edərək, etibarlı və səmərəli logistika marşrutlarının inkişaf etdirilməsi imkanlarını vurğulayıb.

Prezident Arktikanın inkişafı ilə bağlı əvvəlki müşavirəni ötən ilin mart ayında Murmanskda keçirmişdi. Həmin vaxt o, regionu Rusiya üçün strateji əhəmiyyətli sahə adlandıraraq, nəqliyyat və logistika infrastrukturunun genişləndirilməsinin, eləcə də iqtisadi imkanların artırılmasının  vacibliyini qeyd etmişdi.

O, həmçinin Arktikanın həssas ekosistemlərinin qorunmasının önəmini və əsas layihələrin gecikdirilməsinin yolverilməz olduğunu vurğulamışdı.

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
"Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 All News