Paşinyan: "Dəmir yollarının idarəsi Qazaxıstana verilə bilər"

Paşinyan: "Dəmir yollarının idarəsi Qazaxıstana verilə bilər"
26.03.2026 15:25 Dünya

Ermənistan Baş naziri Nikol Paşinyan əvvəllər Rusiyaya təqdim etdiyi təklifə istinad edərək, Ermənistan dəmir yollarının konsessiya idarəçiliyinin həm Ermənistan, həm də Rusiya ilə dost münasibətləri olan üçüncü ölkəyə verilməsi təklifindən danışıb.

TodayPress TV “Armenpress”ə istinadən xəbər verir ki,  bu gün hökumət iclasından sonra brifinqdə Ermənistanın dəmir yolu şəbəkəsinin Qazaxıstan tərəfinin idarəçiliyinə verilməsi ilə bağlı müzakirələrin aparıldığı barədə məlumatların doğru olub-olmadığına münasibət bildirən Paşinyan deyib ki, Rusiya ilə Ermənistan arasında Qazaxıstan şirkətinin hər iki ölkə üçün məqbul olduğu barədə qarşılıqlı anlaşma olsa, etiraz etməzlər.

“İndi danışıqlar bir az fərqli gedir, çünki rusiyalı tərəfdaşlar hələ "yaxşı, gəlin bunu edək" deməyiblər. Belə ideyalar mövcuddur, amma onlar yalnız ideyalardır”, - o vurğulayıb.

Paşinyan qeyd edib ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ermənistanın dəmir yolu ilə bağlı məsələ müzakirə olunub. Lakin o, bu baxımdan yeni bir şey olmadığını, iş prosesinin davam etdiyini əlavə edib.

Xatırladaq ki, Ermənistanın Baş naziri belə bir təklifi 2026-cı ilin fevral ayında Rusiya tərəfinə təqdim etmiş və bunu Ermənistan dəmir yolu şəbəkəsinin Rusiya tərəfindən idarə olunması şəraitində Ermənistanın rəqabət üstünlüklərindən məhrum olması ilə əsaslandırmışdı, çünki Rusiya tərəfindən idarə olunduğu üçün Ermənistan dəmir yolu şəbəkəsindən istifadə etmək perspektivindən imtina edən ölkələr var.

TodayPress TV 

NEWS FEED
01 AUGUST 2026
Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 All News