Pakistan və İran XİN rəhbərləri telefonla danışdı - “Yeganə çıxış yolu budur”
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, tərəflər söhbət zamanı regiondakı son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
İshaq Dar 2026-cı ilin iyununda İslamabadda imzalanmış memorandumda razılaşdırıldığı kimi, tərəfləri gərginliyin azaldılması və təmkin nümayiş etdirməyə çağırıb. O vurğulayıb ki, mübahisələrin həlli, eləcə də regionda davamlı sülh və sabitliyin təmin olunması üçün yeganə yol dialoq və diplomatiyadır.
Pakistanlı nazir ölkəsinin regional sülh və sabitliyin təşviqi istiqamətində konstruktiv rol oynamağa hazır olduğunu bir daha bəyan edib.
Telefon danışığı zamanı tərəflər gələcəkdə də sıx təmasda qalmaq barədə razılığa gəliblər.