Ölkəsinin gələcəyindən danışdı - “Bizə rahatlıq verməyəcəklər”

Ölkəsinin gələcəyindən danışdı - “Bizə rahatlıq verməyəcəklər”
29.06.2026 22:55 Dünya

“Müharibə başa çatdıqdan sonra Ukrayna “həmişə hazır vəziyyətdə yaşamağa” öyrəşməli və rəsmən “vəhşi kirpiyə” çevrilməlidir”.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın sabiq prezidenti Leonid Kuçma ölkənin “İctimai” telekanalına müsahibəsində deyib.

Sabiq dövlət başçısı gələcəklə bağlı proqnozlarının o qədər də ürəkaçan olmadığını gizlətməyib:

“Məndə elə güclü bir hiss var ki, sülh dövrü müharibədən heç də asan olmayacaq. Sərhədimizin o tayında Rusiya olduğu müddətcə bizə rahatlıq verəcəklərini düşünmürəm. Ona görə də biz daim hazır vəziyyətdə yaşamağa, tez-tez deyildiyi kimi, “vəhşi kirpiyə” çevrilməyə alışmalıyıq. İstisna etmirəm ki, belə bir rejimdə qəfil yaranan çağırışlara çevik və qətiyyətli cavab verməyə qadir olan daha konsentrasiyalı hakimiyyət modeli getdikcə daha populyarlaşacaq. Odur ki, yaxın gələcəkdə Ukraynanın “az-çox sakit dövr” kimi bir “lüksə” sahib olacağına əmin deyiləm”.

Xatırladaq ki, bundan əvvəl sabiq prezident rəsmi Kiyevi münaqişə dövründə konstitusiya ilə bağlı “eksperimentlər” etməməyə çağırmışdı. Bununla belə, o, hərbi əməliyyatlar bitdikdən sonra əsas qanunun dəyişdirilməsi məsələsinin daha kəskin şəkildə gündəmə gələ biləcəyini vurğulamışdı.

TodayPress TV

NEWS FEED
16 AUGUST 2026
KTMT Ermənistanı sıxışdırır: “Qərar verin!” 14:50 Gənc əsgərlər Vətənə sədaqət andı içdi - VİDEO 14:09 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 14:04 Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib 13:57 Stolustü tennisçilər Türkiyədən 4 medalla qayıdırlar 13:53 Müdafiə Nazirliyindən general-mayorun ölümü ilə bağlı BAŞSAĞLIĞI 13:41 Abdullah Zubir “Qarabağ”dan ayrıldı 13:23 Həftənin ilk günü hava necə olacaq? 13:10 Şimali Koreya əsgərləri Cənubi Koreyaya keçdi - ATƏŞ AÇILDI 12:52 Sərhəd Qoşunlarının keçmiş komandanı vəfat etdi 12:36 Bakıda daş karxanasında faciə: 65 yaşlı kişi həyatını itirdi 12:15 Türkiyədə təriqət lideri saxlanıldı 11:57 İsraildən “Hizbullah”a ağır zərbə: Yüksək rütbəli komandir öldürüldü 11:45 Körfəz ölkələri ABŞ-dən üz döndərir: Gizli müzakirələr gedir 11:20 Bir nəfər kanalda batdı - Fövqəladə Hallar hərəkətə keçdi 11:04 Dnepropetrovskda ağır gecə: 20-dən çox hücum edildi 10:38 Avqustun ortasında hava dəyişdi: Leysan, şimşək… 10:21 73 illik düşmənçilik bitir - “Düşmən qardaşlar” barışır 10:00 İranda bir gündə nələr baş verdi? - DETALLAR 09:33 “Ford”un ağaca çırpılması faciə ilə bitdi - Sürücü hadisə yerində öldü 09:18 Moskvanın ən böyük logistika anbarı yanır - TƏCİLİ - VİDEO 09:04 "Liverpul" "Barselona"nın ulduzunu istəyir! 01:39 Almaniya sahillərində TƏHLÜKƏLİ MƏNZƏRƏ: Dənizi zəhərli yosunlar bürüdü 01:42 Rusiya və Suriya arasında birbaşa uçuşlar bərpa edilir 01:45 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 290-ı KEÇDİ! 01:35 All News