Oğuzhan Uğur həbs edildi

Oğuzhan Uğur həbs edildi
21.07.2026 09:50 Dünya

Türkiyədə “Ahbap” Dərnəyinin adına toplanan ianələrin şübhəlilərin şəxsi hesablarına köçürüldüyü iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində jurnalist və prodüser Oğuzhan Uğur da daxil olmaqla, daha doqquz nəfər həbs edilib.

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan 10 şübhəlinin məhkəmə prosesi Çağlayandakı İstanbul Ədliyyəsində başa çatıb.

Məhkəmənin qərarı ilə Oğuzhan Uğur, Gülgün Öztürk, Suzan Düşküner, Emir Taşar, Emre Kartaloğlu, Hüseyn Küçük, Fatih Eke, Məhərrəm Karataş və Ersin Gökgün barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq “cinayətkar təşkilat yaratmaq”, “ağır dələduzluq” və “cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması” maddələri üzrə aparılır. İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin araşdırmaları, Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) hesabatları və maliyyə əməliyyatlarının təhlili nəticəsində şübhəlilərin gəlirləri ilə uyğun gəlməyən yüksək məbləğli pul köçürmələri həyata keçirdikləri müəyyən edilib.

İstintaq materiallarında şübhəlilərin bir-birilərinə böyük həcmdə vəsait köçürdükləri, qumar hesablarına iri məbləğlər yatırdıqları və qısa müddətdə çoxsaylı daşınmaz əmlak əməliyyatları apardıqları iddia olunur.

Qeyd edək ki, istintaq çərçivəsində iyulun 12-də keçirilən əməliyyat zamanı “Ahbap” Dərnəyinin təsisçisi, müğənni Haluk Levent də daxil olmaqla, 17 nəfər saxlanılmışdı. Sonrakı əməliyyatlarla birlikdə iş üzrə həbs olunanların sayı 18-ə çatıb.

İstintaq çərçivəsində dərnəyin və bəzi şübhəlilərin aktivlərinə də həbs qoyulub.

TodayPress TV

NEWS FEED
21 JULY 2026
“Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 Çempionlar Liqası: "Sabah" - "KuPS" oyunu başlayıb 20:02 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu 19:30 Ermənilər Azərbaycana güləşməyə gəlir 19:22 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 19:10 Paytaxtda yanğın başlayıb - Əraziyə çoxsaylı yanğınsöndürənlər göndərildi 18:56 Lukaşenko pis işləyən məmurları Ukrayna sərhədinə “ezamiyyət”ə yollayacaq 18:51 İlham Əliyev Bakıda baş verdiyi iddia edilən gizli görüşdən danışdı 18:35 Zelenski TƏCİLİ müşavirə keçirdi - Rusiya yeni istiqamətdən hücuma hazırlaşır 18:26 İran Küveytə zərbələr endirir - TƏCİLİ 18:14 Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? 18:06 Başçısız qalan icra hakimiyyətləri - SİYAHI 17:46 Almaniya Qarabağda mina təmizləyəcək 17:38 Paşinyan nə qədər və hara qədər qaça biləcək? - AÇIQLAMA 17:11 İki dövlət məsləhətləşmələr aparacaq 17:35 Kəndimizdə məhsul yerlə birdir, meyvə qurusunu isə xaricdən daşıyırıq... 17:10 Almaniya ilə imzalanan sənədlər necə icra edilməlidir? 17:33 Azərbaycan və Almaniya davamlı su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı artıracaq 17:31 Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalandı 17:26 İlham Əliyev: Azərbaycandan təchiz edilən benzin və dizel Ermənistanın enerji təhlükəsizliyinə töhfədir 17:27 Sabah çimərlikdə hava necə olacaq? 17:13 İranda qadınlara motosiklet sürməyə icazə verildi 17:03 All News