Netanyahunun oğlu soyadından imtina etdi

Netanyahunun oğlu soyadından imtina etdi
10.07.2026 15:00 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahunun böyük oğlu Yair Netanyahu rəsmi olaraq adını və soyadını dəyişib.

TodayPress TV xəbər verir ki, bu barədə "Haaretz" qəzeti İsrail Vergilər İdarəsinin sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, son ilyarım ərzində Yair Netanyahu adını Yonatan Hon olaraq dəyişib. Bununla belə, onun şəxsiyyət vəsiqəsinin nömrəsi əvvəlki kimi qalıb.

Qəzet qeyd edir ki, Yair Netanyahu əvvəllər də sosial şəbəkələrdə Yair Hoon adından istifadə edib. "Hoon" onun anası Sara Netanyahunun atasının ailəsinə məxsus köhnə soyadıdır.

Nəşr xatırladır ki, təxminən beş il əvvəl Benyamin Netanyahunun digər oğlu Avner Netanyahu da adını dəyişərək Avi Seqal edib. Bildirilir ki, o, bu ad altında İngiltərənin Oksford şəhərində 502 min funt sterlinq dəyərində mənzil alıb.

Məlumata görə, Benyamin Netanyahu özü də 1980-ci illərdə ABŞ-də yaşadığı dövrdə Ben Nitay adından istifadə edib. O, bunu Amerikada yaşamağı planlaşdırdığı və tələffüzü daha asan olan ad seçmək istəyi ilə izah edib.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
10 JULY 2026
ABŞ-İran danışıqlarının keçiriləcəyi ölkə MƏLUM OLDU 19:43 Bu ölkə nüvə silahının onlayn satışına qadağa qoydu 19:38 Qətərli vasitəçilər TƏCİLİ Tehrana yollandı 19:18 Ərdoğan NATO liderlərinə niyə tapança hədiyyə etdi? 19:12 Tramp: “İran bizdən xahiş etdi ki…” 19:05 Parlamentin növbədənkənar iclasında bu məsələlər müzakirə olunacaq - SİYAHI 18:47 Lyayen Ərdoğanın hədiyyəsini istifadəyə yararsız hala salacaq 18:39 Azərbaycanda gizlənən şəxslərin planı yarımçıq qaldı 18:33 Tramp daha bir türk ölkəsinə dəvət aldı 18:24 Mbappe Fransa millisindən danışdı: “Ən güclü komanda deyilik” 18:19 ABŞ İsrailə icazə vermir - Netanyahu kənarda qaldı 18:06 "Barselona" Alvares üçün 130 milyon avro təklif edəcək 17:51 Silah sənayesində dizayn inqilabı: KRISS Vector və onun unikal imkanları 17:49 "Müəllim dedi şikayətini geri götür, kömək edəcəm, sonra isə..." – UNEC tələbəsi imtahana buraxılmadı 17:35 Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlandı 17:30 Tramp çox çılğındır, o rəqiblərini dəli edir - Bolton sirri açdı, nə açdı... 17:08 Bakıda 6 marşrutun hərəkəti dəyişdi 17:12 20 ildən sonra Fələstinin taleyini dəyişdirəcək qərar açıqlandı 16:49 Bayraktarın Bakı ofisi - Böyük müzakirə doğurdu 16:43 "Bavi" tayfunu Çinə yaxınlaşır: "Narıncı" təhlükə xəbərdarlığı yeniləndi 16:42 "Volkswagen" modellərin yarısını ləğv edəcək 16:15 Almaniya Britaniya donanmasına milyonlar ayırdı - Nəyə hazırlaşırlar ? 16:12 Türkiyə NATO-nun yeni müdafiə bankına qoşulmur 16:04 TƏCİLİ! İran İsraili vuracağını açıqladı 16:02 Rusiyada yanacaq qıtlığının səbəbi açıqlandı - RƏSMİ - FOTO 15:55 All News