NATO 10 min hərbçi ilə təlimə başladı

NATO 10 min hərbçi ilə təlimə başladı
15.01.2026 20:50 Dünya

NATO Almaniyada “Steadfast Dart 26” adlı genişmiqyaslı hərbi təlimə start verib.

TodayPress TV xəbər verir ki, təlimdə NATO-nun 11 üzv ölkəsi - İtaliya, Yunanıstan, Almaniya, Çexiya, İspaniya, Litva, Bolqarıstan, Türkiyə, Fransa, Belçika və Böyük Britaniyadan ümumilikdə 10 min hərbçi iştirak edir. Təlimə quru qoşunları, hava qüvvələri, hərbi dəniz qüvvələri, həmçinin kosmik və kiber bölmələr cəlb olunub. Manevrlərdə 1500-dən çox hərbi nəqliyyat vasitəsi, o cümlədən döyüş tankları və raket buraxılış sistemləri, 20-dən artıq hərbi təyyarə və qırıcı, eləcə də 17 hərbi dəniz vahidi – desant gəmiləri, freqatlar və sualtı qayıqlar istifadə ediləcək.

“Steadfast Dart 26” təliminin əsas məqsədi NATO qüvvələrinin şəxsi heyətinin və texnikasının Alyans ərazisi daxilində qısa müddətdə və koordinasiyalı şəkildə yerləşdirilməsi qabiliyyətini sınaqdan keçirməkdir.

Təlimlərin əsas mərhələləri fevralda Almaniyanın Aşağı Saksoniyada yerləşən Bergen hərbi poliqonunda təşkil olunacaq. Bu ərazi Avropanın ən böyük hərbi təlim poliqonlarından biridir. Bundan əlavə, Şlezviq-Holşteyn vilayətindəki “Putlos” poliqonunda amfibiya desant əməliyyatının nümayişi planlaşdırılır.

“Steadfast Dart 26” təlimi NATO-nun Brunssum şəhərində yerləşən Operativ Qərargahının rəhbərliyi altında yaradılmış yeni sürətli reaksiya qüvvələrinin ilk praktik tətbiqidir.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 All News