Müharibənin gedişini dəyişə biləcək İDDİA - YENİ SİSTEM

Müharibənin gedişini dəyişə biləcək İDDİA - YENİ SİSTEM
11.07.2026 19:00 Dünya

Rusiya Starlink peyk rabitəsi ilə işləyən dronlara qarşı yeni elektron mübarizə sistemi hazırlayıb.

TodayPress TV xəbər verir ki, “Volna Kupol Garant” adlanan sistem Starlink peyk rabitəsini pozmaq üçün nəzərdə tutulub.

Məlumata görə, sistem 20 kvadrat kilometrədək ərazini əhatə edə bilir və orta mənzilli pilotsuz uçuş aparatlarının fəaliyyətini məhdudlaşdırmağa imkan verir. Bildirilir ki, bu texnologiya həm cəbhə xəttində, həm də arxa cəbhədə yerləşən hədəflərə qarşı istifadə olunan dronlara qarşı nəzərdə tutulub.

Hazırda sistem əsas logistika mərkəzlərinin mühafizəsində tətbiq edilir. O, 14–14,5 GHz tezlik diapazonunda maneələr yaradaraq Starlink terminalları ilə təchiz edilmiş kamikadze dronların rabitəsini sıradan çıxarmağa çalışır.

Kompleks qoşqulara quraşdırılmış parabola antenalarından ibarətdir. Hər qoşquda iki anten yerləşdirilir və zərurət yarandıqda onlar sökülərək yerüstü vəziyyətdə də quraşdırıla bilir. Ukrayna hərbi mənbələrinin iddiasına görə, indiyədək bu sistemlərdən təxminən 10-u müşahidə olunub.

Xarici tədqiqatçıların araşdırmalarına əsasən, aktiv radioelektron maneə zonasından keçən peyklərin elektron komponentləri zamanla geri dönməz zədələr ala bilər. Eyni zamanda, sistemin təsir dairəsinin tədricən genişləndiyi bildirilir.

İddialara görə, yaxın gələcəkdə sistem onlarla kilometr ərazidə peyk rabitəsinin yuxarı əlaqə kanalını tam sıradan çıxarmaq və ya saxta məlumat paketləri ötürməklə rabitəni pozmaq imkanına malik ola bilər.

Qeyd olunur ki, bu imkan Rusiyaya təkcə cəbhənin ayrı-ayrı sahələrini deyil, həm də geniş əməliyyat və strateji müdafiə zonalarını elektron nəzarət altında saxlamağa şərait yarada bilər.

Kübra Musayeva

NEWS FEED
11 JULY 2026
“Sənin bu qollarına qurban olum, ermənini yumruqladın” - VİDEO 20:48 İlham Əliyev: Ürəyim sevinir 20:37 Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir 20:31 Zakir Həsənov Vətən Müharibəsi Qəhrəmanının rütbəsini artırdı 20:21 İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır 20:17 Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır 20:10 “O biri qız hanı? Onunla ayrı çəkdirərik” - VİDEO 19:58 İlham Əliyev Xocavəndin Quzeyxırman kəndində oldu - YENİLƏNDİ 19:53 Zelenski “gənə”yə bənzədildi 19:36 Bakı Bulvarında DƏHŞƏTLİ HADİSƏ - VİDEO 19:20 İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb 19:09 Azov dənizində gərgin gecə - VİDEO 19:06 Prezident: Artıq köçkün həyatı keçmişdə qaldı 19:00 Müharibənin gedişini dəyişə biləcək İDDİA - YENİ SİSTEM 18:41 İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşdü - YENİLƏNDİ 14:10 Ermənistan yığması Bakıya gəlməkdən İMTİNA ETDİ 18:34 Prezidentin sosial media hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndindən paylaşım edildi - VİDEO 18:21 İlham Əliyev Xankəndidə yeni hotelin açılışını etdi 18:10 Güclü leysan Moskvanı iflic etdi - VİDEO 18:07 Kiyevin yeraltı "Dron Bunkeri" Vaşinqtonu hərəkətə gətirdi 17:01 Nəyə görə dünyasını dəyişənlər yuxumuza girir? Səbəb bu imiş... 16:15 Məhşur rus çempionuna unikal seçim: Rusiyanın şərəfindənsə, Azərbaycanın şərəfi daha üstündür 16:40 Polşa başına bomba yağdırmaq istəmir, əlində olanları Ukraynaya verir 16:36 Tayvanda baş verən dəhşətli tayfununun GÖRÜNTÜLƏRİ 16:45 Rusiya Sumıya zərbə endirdi, dörd nəfər öldü - YENİLƏNDİ 16:12 All News