Misir Pentaqonu geridə qoydu - Dünyanın ən böyük hərbi qərargahı açıldı - VİDEO
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin yeni strateji komanda mərkəzi olan “Oktaqon” kompleksinin açılışını edib.
TodayPress TV xəbər verir ki, yeni hərbi qərargah Silahlı Qüvvələrin bütün qoşun növlərinin komandanlıqlarını, kəşfiyyat xidmətini və digər dövlət qurumlarını vahid mərkəzdə birləşdirir. Kompleks müasir C4ISR idarəetmə sistemləri, süni intellekt texnologiyaları, təhlükəsiz rabitə infrastrukturu, yeraltı obyektlər və kiber təhlükəsizlik vasitələri ilə təchiz olunub.
Məlumata görə, “Oktaqon”un ümumi sahəsi təxminən 4,7 milyon kvadratmetrdir ki, bu da onu dünyanın ən böyük hərbi qərargahına çevirir. Kompleksin ərazisi ABŞ-nin Pentaqon binasından xeyli böyükdür.
Bildirilir ki, “Oktaqon” gələcəkdə hərbi əməliyyatların idarə olunması və böhran vəziyyətlərinə operativ reaksiya verilməsi üçün əsas komanda mərkəzi kimi fəaliyyət göstərəcək.
Kübra Musayeva