Minlərlə şiə deportasiya olundu, işsiz qaldı

Minlərlə şiə deportasiya olundu, işsiz qaldı
25.05.2026 09:51 Dünya

Pakistanın Çakval bölgəsinə son aylarda Birləşmiş Ərəb Əmirliklərindən deportasiya edilən çoxlu şiə müsəlman geri dönüb. Onlar işlərini, əmanətlərini və şəxsi əşyalarını itirdiklərini bildirirlər.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, deportasiya olunan şəxslər illərlə BƏƏ-də təhlükəsizlik, tikinti və xidmət sahələrində çalışıblar. ABŞ və İsrailin İrana hücumlarından sonra deportasiyaların artdığı qeyd olunur.

Pakistanın şiə təşkilatı "Majlis Wahdat-e-Muslimeen" fevralın sonundan bəri təxminən 7500 Pakistan şiəsinin BƏƏ-dən çıxarıldığını açıqlayıb.

Deportasiya edilən şəxslər bildiriblər ki, saxlanıldıqdan sonra onlara ölkədən çıxarılacaqları deyilib. Onların çoxu maaşlarını, bank hesablarındakı pulları və baqajlarını götürə bilmədiklərini söyləyib.

Human Rights Watch məsələ ilə bağlı yayılan məlumatların narahatlıq doğurduğunu və araşdırma aparıldığını açıqlayıb.

Qeyd edək ki, BƏƏ-də çalışan pakistanlıların göndərdiyi pullar Pakistan iqtisadiyyatı üçün mühüm hesab olunur. Deportasiyalar isə bir çox ailənin gəlir mənbəyini itirməsinə səbəb olub.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 All News