Meloni sərt tənqid olundu

Meloni sərt tənqid olundu
10.12.2025 13:44 Dünya

İtaliyanın baş naziri Ciorcia Meloninin rəhbərlik etdiyi partiya ölkədə nağd ödənişlər üçün qanuni limiti ikiqat artırmağı təklif edib.

TodayPress TV "Financial Times"a istinadən xəbər verir ki, yeni təşəbbüsə əsasən, hazırkı 5 min avroluq limit 10 min avroya qaldırıla bilər. 

Nəşrin məlumatına görə, bunun üçün 5 min avrodan yuxarı məbləğlərə 500 avro “xüsusi rüsum” tətbiq olunması nəzərdə tutulur.

Hakim partiya bildirir ki, bu addım xüsusilə çoxlu nağd pulla ölkəyə gələn xarici turistlərin xərclərini artıracaq və qeyri-rəsmi vəsaitlərin rəsmi iqtisadiyyata cəlb olunmasına kömək edəcək.

Nəşr yazır ki, müxalifət isə bu təşəbbüsü sərt tənqid edib. Onların fikrincə, yeni qayda vergidən yayınmanı və “qara iqtisadiyyat”ı təşviq edəcək. Müxalif siyasətçilər isə bildiriblər ki, bu addımdan əsasən cinayətkar qruplar və vergidən yayınanlar faydalanacaq.

Qeyd olunub ki, Avropa İttifaqı 2027-ci ildən etibarən nağd ödənişlər üçün 10 min avroluq ümumi limit tətbiq edəcək. 

Rəsmi məlumatlara görə, İtaliyada 2023-cü ildə gizli iqtisadiyyatın həcmi 217 milyard avro təşkil edib.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 All News