Meloni Avropanın təhlükəsizliyini gücləndirməyə çağırdı

Meloni Avropanın təhlükəsizliyini gücləndirməyə çağırdı
04.05.2026 19:21 Dünya

İtaliyanın Baş naziri Corcia Meloni ABŞ-nin hərbi mövcudluğunun mümkün ixtisarı fonunda Avropanı öz təhlükəsizliyini gücləndirməyə çağırıb.

TodayPress TV xəbər verir ki, İtaliya baş naziri Ağ Evin rəhbəri Donald Trampın ABŞ qoşunlarının İtaliya və İspaniyadan ehtimal olunan çıxarılması ilə bağlı son bəyanatlarını belə şərh edib.

"Qulaq asın, mən sizə gələcəkdə nə olacağını deyə bilmərəm. Dəfələrlə dediyim kimi, biz bilirik ki, ABŞ artıq çoxdandır Avropadakı mövcudluğunun mümkün ixtisarını müzakirə edir. Məhz buna görə də hesab edirəm ki, biz öz təhlükəsizliyimizi gücləndirməli və müstəqil cavab vermək qabiliyyətimizi artırmalıyıq", - Meloni İrəvanda, Azərbaycana yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

Bununla yanaşı, o vurğulayıb ki, bu cür qərarlar ondan asılı deyil. "Lakin bir şeyi qətiyyətlə bildirmək istəyirəm: İtaliya həmişə öz öhdəliklərini yerinə yetirib. İtaliya imzalanmış bütün sazişlərə əməl edib, həmişə", - Baş nazir bildirib.

Onun sözlərinə görə, ölkə birbaşa milli maraqlara toxunmasa da, NATO çərçivəsində, o cümlədən Əfqanıstan və İraqdakı missiyalarda iştirak etməklə ardıcıl fəaliyyət göstərib.

Bununla əlaqədar Meloni Trampın İtaliyanın ünvanına səsləndirdiyi bəzi fikirlərini "qeyri-korrekt" adlandırıb.

Xatırladaq ki, daha əvvəl Tramp Amerika qoşunlarının İtaliya və İspaniyadan çıxarılmasını mümkün adlandırıb. "İtaliya bizə heç nə ilə kömək etməyib, İspaniya isə özünü dəhşətli, sadəcə dəhşətli aparıb", - Tramp ölkələrin Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyini şərh edərkən bildirib.

TodayPress TV

NEWS FEED
15 AUGUST 2026
İsrail ChatGPT-yə təlimat verdi: Qəzza ilə bağlı sualların cavablarına “əl gəzdirir” 19:12 Türkiyədə axtarılan cinayətkar Bakıda tapıldı 18:56 Paracüdoçumuz 10-cu dəfə Avropa çempionu oldu 18:38 Bakıda narkotacir saxlanıldı - ANBAAN GÖRÜNTÜLƏR 18:32 İran fransalı diplomatları gizli görüşdə “yaxaladı” 18:20 Məktəblər hansı tarixdə açılacaq? - RƏSMİ 18:09 Sabah çimərliklərdə temperatur necə olacaq ? 17:34 Deputatın oğlu dövlət hesabına Amerikada oxuyacaq 17:19 Polşada "F-35"lər də daxil 300-dən çox hərbi texnika küçələrə çıxdı 17:00 "Beşiktaş" bir futbolçusu ilə sağollaşdı 16:51 "Wildberries"ə bu dəfə klaviatura ilə hücum etdilər 16:46 Erməni KİV: Paşinyan 5 ilə 40 körpü tikəcək 16:15 İndoneziyada yenidən şiddətli zəlzələ oldu 16:07 Qətər 3 iranlı pilotu əsir götürüb 16:25 Amerikada ermənilər həbs olundu 16:01 BƏƏ: İran Hörmüzdə dəniz piratçılığı ilə məşğuldur 15:35 Həftə sonu üçün sarı və narıncı xəbərdarlıq edildi 15:22 Paracüdoçumuz İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazandı 15:12 İsrailin Livana hücumu: ölənlərin sayı 7 nəfərə çatdı 15:02 Husilər Yəmənə hücum etdi, bir nəfər öldü 14:22 İspaniyaya Seuta haqqında əvvəlcədən xəbərdarlıq edilmişdi ? 14:03 Emin Ağalarov “Sea Breeze”dəki uşaq ölümü ilə bağlı açıqlama verdi - FOTO 14:42 İndoneziyada zəlzələdə həlak olanların sayı açıqlanıb - YENİLƏNDİ 09:12 Neftçi ABŞ-dən olan basketbolçu ilə heyətini yenilədi 13:39 Sabah hava necə olacaq ? - PROQNOZ 13:25 All News