Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünə açıq veto qoydu

Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünə açıq veto qoydu
28.01.2026 10:02 Dünya

Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşı olduqlarını açıq şəkildə təsdiqləyərək Budapeştin Kiyevin qarşısında əsas maneə olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Siyarto "Facebook" səhifəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın “Macarıstan Kiyevin Aİ-yə üzvlüyü qarşısında yeganə maneədir” fikri ilə razılaşdığını yazıb.

O bildirib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü Aİ-yə müharibə gətirəcək, Macarıstan fermerlərinin isə iflasına səbəb olacaq.

Macarıstan XİN rəhbərinin sözlərinə görə, hazırkı hakimiyyət dövründə Ukrayna heç vaxt Aİ üzvü olmayacaq:

“Ukraynalılar Aİ-yə müharibə gətirər və bizi öz müharibələrinə cəlb edər. Avropalılar, o cümlədən macarlar pullarını Ukraynanın xeyrinə itirər, fermerlərimiz keyfiyyətsiz taxıl səbəbindən müflis olar, Ukrayna mafiyası isə ölkəmizi tranzit məntəqəsinə çevirər”.

Qeyd edək ki, bir gün əvvəl Andrey Sibiqa “Avropa həqiqəti” nəşrinə müsahibəsində Macarıstanın Baş naziri Viktor Orbanı öz xalqı üçün təhlükə adlandırmış, Budapeşti isə Ukraynanın Aİ-yə üzvlüyü qarşısında yeganə maneə kimi qiymətləndirmişdi.

Qiymət Mahir

NEWS FEED
16 JUNE 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 All News