Luvr muzeyi qarət edildi

Luvr muzeyi qarət edildi
19.10.2025 21:46 Dünya

Fransanin paytaxtı Paris şəhərinin mərkəzində yerləşən və dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvrda bu gün qarət baş verib. Ölkənin daxili işlər naziri Loran Nunezin verdiyi məlumata görə, 3-4 şübhəli şəxs yük maşınına yerləşdirilmiş qaldırıcı vasitəsilə muzeyin ərazisinə daxil olub, cəmi 7 dəqiqə ərzində dəyəri ölçülməyəcək qədər böyük olan zinət əşyalarını oğurlayıb və motosikletlərlə oradan qaçıblar.

TodayPress TV xəbər verir ki, rəsmi məlumatlara əsasən, qarət saat 09:30 radələrində, muzeyin qapılarının ziyarətçilər üçün açıldığı vaxt baş verib. Oğrular pəncərəni sındıraraq içəri daxil olub və Luvrun Apollon qalereyasını hədəf alıblar. Onlar bir neçə vitrindəki qiymətli zinət əşyalarını götürüb qaçıblar.

Daxili işlər naziri bildirib ki, oğurlanan əşyalar arasında İmperatriça Evgeniyanın tacı da olub. Bu tac 1,354 almaz və 56 zümrüddən ibarət olmaqla, Fransanın imperiya dövrünə aid ən qiymətli irs nümunələrindəndir. Tac hadisə yerinə yaxın ərazidə zədələnmiş şəkildə tapılıb.

Hadisə baş verəndən sonra Luvr muzeyi ziyarətçilər üçün bağlanıb. Muzey rəhbərliyi təhlükəsizlik səbəbi ilə bütün biletlərin geri qaytarılacağını elan edib.

Fransanın Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı araşdırmalar başlayıb, cinayətkarları tapmaq üçün bütün imkanlar səfərbər olunub.

TodayPress TV 

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər