Livanın Baş naziri: "İsrail ilə normallaşma deyil, sülh axtarışındayıq"

Livanın Baş naziri: "İsrail ilə normallaşma deyil, sülh axtarışındayıq"
06.05.2026 22:06 Dünya

Livanın Baş naziri Nəvaf Salam ölkəsinin İsrail ilə münasibətləri normallaşdırmağa deyil, sülhə nail olmağa çalışdığını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

Salam İsrailin Baş naziri Benyamin Netanyahu ilə hər hansı mümkün görüş barədə danışmağın "vaxtından əvvəl" olduğunu vurğulayıb:

"İsrail tərəfi ilə hər hansı yüksək səviyyəli görüş ciddi hazırlıqlar tələb edir. Livan İsrail ilə normallaşma deyil, sülh axtarışındadır".

O həmçinin qeyd edib ki, bu, Livanın İsrail ilə birbaşa danışıqlara daxil olduğu ilk hal deyil.

Baş nazir əlavə edib ki, atəşkəsin möhkəmləndirilməsi Vaşinqtonda keçirilə biləcək hər hansı yeni danışıqlar raundu üçün əsas təşkil edəcək, lakin mövcud şərait yüksək səviyyəli görüşləri müzakirə etmək üçün hələ kifayət qədər yetkinləşməyib.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 All News