Kiyevdə Heydər Əliyevin xatirəsi yad edildi

Kiyevdə Heydər Əliyevin xatirəsi yad edildi
12.12.2025 22:00 Dünya

Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Ukrayna Müsəlmanları Ruhani İdarəsində anım tədbiri keçirilib və ehsan süfrəsi açılıb.

TodayPress TV xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan anım tədbirində səfirliyin əməkdaşları, diaspor fəalları və Kiyevin müsəlman icmasının nümayəndələri iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunduqdan sonra çıxış edən səfirliyin müşaviri Fərid Babayev Ulu Öndərin tarixi nailiyyətlərindən danışıb. Qeyd edib ki, Heydər Əliyev bütöv İslam aləmi üçün böyük şəxsiyyət olub. Ona görə də Ulu Öndər müsəlman xalqları tərəfindən daim anılır, xatirəsi böyük hörmətlə yad edilir.

Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Rustam Qafuri çıxışında Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı Ukraynada hər il anım tədbirlərinin keçirildiyini vurğulayıb:

"Bu tədbirlərdə Heydər Əliyevin ruhuna dualar oxuyuruq. Həqiqətən, Heydər Əliyev böyük siyasi lider olub, Azərbaycan xalqını bəlalardan xilas edib. Heydər Əliyev həm də digər müsəlman xalqlarının da dərin hörmətlə yad etdiyi böyük şəxsiyyətdir".

Sonra "Qurani-Kərim"dən ayələr oxunub.

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 All News