KİV: Hindistanla Aİ Tramp və Si Cinpinə qarşı birləşiblər

KİV: Hindistanla Aİ Tramp və Si Cinpinə qarşı birləşiblər
28.01.2026 16:03 Dünya

Hindistan və Avropa İttifaqı arasında Yeni Dehlidə imzalanan ticarət müqaviləsi beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.

TodayPress TV xəbər verir ki, bu haqda məqalə " Kommersant"da dərc olunub.

“The Economic Times” nəşri yazıb ki, Hindistan–Aİ ticarət sazişi qlobal iqtisadi nizamda ciddi dəyişiklikdən xəbər verir və son dövrlərin ən mühüm iqtisadi hadisələrindən biri hesab olunur. Qəzetə görə, Hindistan ABŞ mərkəzli dövrü əvəz edə biləcək yeni qlobal ticarət modelinin əsas memarlarından birinə çevrilir. ABŞ Prezidentinin tarif siyasətinin yaratdığı geosiyasi qeyri-müəyyənlik şəraitində Hindistan özünü əsas iqtisadiyyatlar üçün etibarlı, praqmatik və getdikcə daha vacib tərəfdaş kimi təqdim edir.

“Politico” yazıb ki, Aİ və Hindistan təxminən 20 ildir ticarət sazişi üzrə danışıqlar aparıb. Lakin yalnız Donald Trampın tətbiq etdiyi tariflərin yaratdığı təzyiq və Çinin ixracda üstün mövqeyi danışıqlarda real irəliləyişə səbəb olub. Brüssel və Yeni Dehli bu razılaşma ilə 2 milyard insanı əhatə edən, qlobal ÜDM-in beşdə birindən çoxunu təşkil edən bazarları qarşılıqlı şəkildə açmış oldular.

“The Wall Street Journal”da bildirilib ki, bu saziş ABŞ-nin ticarət tərəfdaşlarının Amerikadan asılılığı azaltmaq və digər bazarlarla əlaqələri genişləndirmək cəhdlərinin növbəti nümunəsidir. Aİ daha əvvəl Cənubi Amerikanın dörd ölkəsi ilə sərbəst ticarət sazişi imzalayıb, ötən il isə İndoneziya ilə ticarət və investisiya müqaviləsi elan edib. Son bir ildə Böyük Britaniya Hindistanla ticarət sazişi bağlayıb, Cənubi Koreya ilə mövcud razılaşmanı yeniləyib və Aİ ilə ticarət və təhlükəsizlik müqaviləsi imzalayıb.

“The New York Times”da qeyd olunub ki, razılaşma dünyanın ən böyük iqtisadi blokunu və ən sürətlə böyüyən iri iqtisadiyyatlardan biri olan Hindistanı bir araya gətirir. Bu proses ABŞ-nin getdikcə etibarsız iqtisadi tərəfdaş kimi qəbul edildiyi və Çinin qlobal bazarları ucuz məhsullarla doldurduğu bir dövrdə baş verir. Son aylarda daha yüksək tariflər riski artdıqca Hindistan və Avropa üçün bu razılaşmanın əhəmiyyəti daha da artıb.

“Frankfurter Allgemeine Zeitung”a görə isə Avropa İttifaqı Hindistanın Donald Trampdan məyusluğundan istifadə etməyə və Yeni Dehli üçün Putin Rusiyasından daha cəlbedici tərəfdaş olmağa çalışır. Nəşrə görə, Hindistanın strateji baxışı dəyişməkdədir, baxmayaraq ki, bu dəyişiklik Avropa üçün o qədər də kəskin deyil. ABŞ ilə münasibətlərdə yaranan fikir ayrılıqları Hindistanı yeni istiqamətlər axtarmağa vadar edir. Bunun fonunda Hindistanın Rusiya ilə münasibətlərinin, xüsusilə silah tədarükü sahəsində, əhəmiyyəti azalır. Yeni Dehli artıq ABŞ, İsrail, Fransa və digər Avropa ölkələrindən daha çox silah idxal edir ki, bu da Avropa üçün Hindistanı Rusiyadan daha da uzaqlaşdırmaq imkanı yaradır.

Ekspertlər bildirirlər ki, tərəflər bu razılaşmaya nail olmaq üçün uzun müddət çalışıblar və sənəd əsasən Vaşinqtona, qismən isə Pekin və Moskvaya qarşı mövqelərin uzlaşdırılması məqsədi daşıyır.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
30 JULY 2026
İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 All News