Kim Çen In yeni hərbi gəmini döyüşə hazırlayır - İki aylıq əmr verdi - FOTO
Şimali Koreya lideri Kim Çen In yeni “Kan Qon” esminesinin döyüş sistemlərinin sınaqlarına şəxsən rəhbərlik edib.
TodayPress TV xəbər verir ki, sınaqlar zamanı strateji qanadlı raketlər buraxılıb, gəminin artilleriya sistemləri, radioelektron mübarizə vasitələri və hədəflərin aşkarlanması sistemləri yoxlanılıb.
Sınaqlardan sonra Kim Çen In gəminin bütün yoxlamalarının iki ay ərzində başa çatdırılmasını və onun bu müddətdə Şimali Koreya Hərbi Dəniz Qüvvələrinin tərkibinə qəbul edilməsini tapşırıb.
Kübra Musayeva