Kanada Ukraynaya yardım göstərəcək

Kanada Ukraynaya yardım göstərəcək
27.12.2025 22:45 Dünya

Kanada Ukraynaya əlavə 2,5 milyard dollarlıq iqtisadi yardım göstərəcək.

TodayPress TV ”Reuters"ə istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni bu ölkədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib.

"Bu gün biz Ukraynaya əlavə 2,5 milyard dollarlıq iqtisadi yardım ayırdığımızı elan edirik. Bu, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankından maliyyələşmənin açılmasına və bərpa prosesinə başlanmasına kömək edəcək", – Karni vurğulayıb.

Öz növbəsində Zelenski Karniyə göstərilən yardıma görə təşəkkür edib və Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının vacibliyini qeyd edib. "Bunun üçün bizə iki şey lazımdır – Rusiyaya təzyiq və Ukraynaya kifayət qədər güclü dəstək", – o əlavə edib.

Zelenski həmçinin Karni ilə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini müzakirə etməyi planlaşdırdığını deyib.

Onun sözlərinə görə, diplomatik sahədə irəliləyişlər əldə olunsa da, Rusiyaya qarşı müdafiə imkanlarının azaldılması mümkün deyil.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 All News