İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi

İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi
04.06.2026 18:15 Dünya

İtaliya parlamentinin aşağı palatası hökumətə dayanıqlı nüvə enerjisi istehsalı, nüvə sintezi tədqiqatları və radioaktiv tullantıların idarə edilməsi barədə qaydalar hazırlamaq səlahiyyəti verən çərçivə qanun layihəsini qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə "ANSA" agentliyi məlumat yayıb.

Qanun layihəsi 155 lehinə, 86 əleyhinə səslə qəbul edilib və yekun təsdiq üçün Senata göndərilib. Parlamentin hər iki palatası tərəfindən bəyənildikdən sonra sənəd hökumətə dayanıqlı nüvə mənbələrindən enerji istehsalını tənzimləmək, nüvə sintezini araşdırmaq və radioaktiv tullantıları idarə etmək səlahiyyəti verəcək.

Mətbuat konfransında çıxış edən Ətraf Mühit və Enerji Təhlükəsizliyi naziri Cilberto Piketto Fratin bildirib ki, Milad bayramına qədər nüvə çərçivə qanununun icrası ilə bağlı fərmanlar hazır olacaq.

Piketto İtaliyadakı ilk operativ reaktorların 2034–2035-ci illərdə fəaliyyətə başlaya biləcəyini qeyd edib. O vurğulayıb ki, hökumət ölkəni hüquqi baza ilə təmin etmək istəyir ki, bu da gələcək onilliklər üçün enerji təchizatını təhlükəsiz qılmaq üçün lazımi qərarların qəbul edilməsinə imkan verəcək.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 All News