İsraildə nağd əməliyyatlara 6 min şekel limiti

İsraildə nağd əməliyyatlara 6 min şekel limiti
16.02.2026 13:29 Dünya

İsraildə nağd pulla əməliyyatlara 6 000 şekel məbləğində məhdudiyyət tətbiq edilməsi planlaşdırılır.

TodayPress TV xəbər verir ki, məsələ Knessetin Konstitusiya Komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.

Gündəlikdə “qara kapital”la mübarizə haqqında qanuna dəyişikliklər də yer alıb.

Təşəbbüsə əsasən, nağd pulların xırdalanması və mübadiləsi də daxil olmaqla əməliyyatlar yalnız 6 000 şekelədək məbləğdə icazəli olacaq. Bu norma nağd pul istifadəsinin azaldılması haqqında qanuna əlavə ediləcək.

İstisna lisenziyalı maliyyə təşkilatları tərəfindən verilən kreditlərə aiddir. Yeni qaydalara görə, nağd şəkildə verilən kreditin məbləği də 6 000 şekeli keçə bilməz. Bu limitdən yuxarı əməliyyatlara əlavə məhdudiyyətlər tətbiq olunacaq.

Eyni zamanda hesablaşma hesabından nağd vəsaitin çıxarılması bu məhdudiyyətə daxil edilməyəcək. Söhbət banklar, Poçt Bankı və lisenziyalı depozit təşkilatlarında açılan hesablardan gedir.

Qanunun icrasına nəzarət mövcud mexanizmlər vasitəsilə həyata keçiriləcək. Qayda pozuntusuna görə cərimələr və inzibati tədbirlər nəzərdə tutulur.

Qiymət Mahir

NEWS FEED
16 JUNE 2026
Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 All News