İsrail kəşfiyyatından şok iddia: İran minlərlə sentrifuqanı dağların altına köçürdü

İsrail kəşfiyyatından şok iddia: İran minlərlə sentrifuqanı dağların altına köçürdü
21.07.2026 10:50 Dünya

İsrail kəşfiyyatı İranın ötən ilin payızında uranın zənginləşdirilməsi üçün istifadə olunan minlərlə sentrifuqanı Pikaks dağı altındakı yeni yeraltı kompleksə köçürdüyünü iddia edir.

TodayPress TV xəbər verir ki, "The Wall Street Journal" İsrail və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail bu kəşfiyyat məlumatlarını ABŞ-a təqdim edib. Bildirilir ki, sentrifuqalar 2025-ci ilin iyununda ABŞ və İsrailin Natanz, Fordo və İsfahandakı nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra yeni kompleksə daşınıb. Nəşr qeyd edir ki, bu məlumatlar İranın həmin obyektdə nüvə proqramını bərpa edə biləcəyi ilə bağlı narahatlığı artırıb.

Bildirilir ki, Pikaks dağı Natanz uran zənginləşdirmə zavodundan təxminən 1,5 kilometr məsafədə yerləşir və 2020-ci ildən inşa edilən yeraltı kompleks əvvəlki hava zərbələrindən zərər görməyib. Qayalıqların 100–150 metr dərinliyində yerləşən obyektin adi bunkerəleyhinə bombalara qarşı davamlı olduğu qeyd olunur.

Bundan başqa, Vaşinqtonda fəaliyyət göstərən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu (ISIS) yeni peyk görüntülərinin təhlilinə əsaslanaraq kompleks ərazisində tikinti işlərinin davam etdiyini açıqlayıb. Ekspertlərin fikrincə, İran uranın zənginləşdirilməsi üçün ehtiyat yeraltı obyekt yaratmaq istiqamətində fəaliyyətini davam etdirir.

TodayPress TV

NEWS FEED
21 JULY 2026
İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN 21:33 Zelenskinin “həlledici” görüşlərində nə qərarlar verildi? 21:21 Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 21:15 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Çempionlar Liqası: "Sabah" - "KuPS" oyununda İLK QOL - YENİLƏNDİ 20:02 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu 19:30 Ermənilər Azərbaycana güləşməyə gəlir 19:22 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 19:10 Paytaxtda yanğın başlayıb - Əraziyə çoxsaylı yanğınsöndürənlər göndərildi 18:56 Lukaşenko pis işləyən məmurları Ukrayna sərhədinə “ezamiyyət”ə yollayacaq 18:51 İlham Əliyev Bakıda baş verdiyi iddia edilən gizli görüşdən danışdı 18:35 Zelenski TƏCİLİ müşavirə keçirdi - Rusiya yeni istiqamətdən hücuma hazırlaşır 18:26 İran Küveytə zərbələr endirir - TƏCİLİ - VİDEO 18:14 Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? 18:06 Başçısız qalan icra hakimiyyətləri - SİYAHI 17:46 Almaniya Qarabağda mina təmizləyəcək 17:38 All News