İsrail: Bint Cübeyldə 900-dən çox obyekt məhv edilib
İsrail Müdafiə Qüvvələri (İDF) Livanın cənubunda yerləşən Bint Cübeyl ərazisində genişmiqyaslı əməliyyatlar həyata keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə ordu məlumat yayıb.
Məlumata görə, 98-ci diviziyanın qoşunları paraşütçülər, “Givati”, komando və 214-cü briqada ilə birlikdə bölgədə fəaliyyət göstərib. Əməliyyatlar nəticəsində 900-dən çox infrastruktur obyektinin məhv edildiyi, yüzlərlə silahın aşkarlandığı bildirilib.
İDF həmçinin döyüşlər və hava zərbələri zamanı 200-dən çox silahlının zərərsizləşdirildiyini qeyd edib. Hava hücumları nəticəsində minalanmış stadionun da məhv edildiyi vurğulanıb.
Qurum bəyan edib ki, təhlükəsizlik təhdidlərinə qarşı əməliyyatlar davam etdiriləcək.
Türkan İsgəndərli