"İrandan sonra növbə Kubanındır" - Trampın yeni hədəfi bəlli oldu

"İrandan sonra növbə Kubanındır" - Trampın yeni hədəfi bəlli oldu
02.05.2026 18:58 Dünya

ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında gərginliyin artdığı bir dövrdə Kubanı "yaxın zamanda idarəçiliyini təhvil alacaqları" bir yer kimi təsvir edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Bildirilib ki, Tramp Florida ştatında etdiyi çıxışında Kuba ilə bağlı zarafat xarakterli olduğu ehtimal edilən bəyanatlar səsləndirib.

Kubanı "qısa müddətdə rəhbərliyi ələ keçirəcəkləri" bir yer kimi nitqləndirən Tramp, adanın problemləri olduğunu müdafiə edib və aşağıdakı ifadələri işlədib:

"İrandan qayıdarkən aviadaşıyıcılarımızdan bəlkə də biri, “USS Abraham Lincoln” sahil yaxınlığında lövbər salacaq və onlar (kubalılar - red.) “Çox sağ olun, təslim oluruq” deyəcəklər”.

Prezidentin çıxışı zamanı salonda gülüşmələr eşidilsə də, Ağ Ev bu ifadələrin ciddi olub-olmadığına dair hələlik heç bir rəsmi açıqlama verməyib.

Xatırladaq ki, Amerika lideri aprelin 13-də verdiyi bəyanatda İran gündəmindən sonra Kuba məsələsi ilə də maraqlanacaqlarını qeyd etmişdi:

"Kuba fərqli bir hekayədir. Orası illərdir dəhşətli şəkildə idarə olunur. İrandan sonra ora baxa bilərik".

Kuba Dövlət Başçısı Migel Diaz-Kanel isə mümkün ABŞ müdaxiləsi ilə bağlı bildirib:

"Əgər bu baş verərsə, münaqişə olar, mübarizə olar, özümüzü müdafiə edərik və əgər ölməyimiz lazımdırsa, ölərik".

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 All News